Türkiyə və Ukrayna prezidentləri telefonla söhbət ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i363718-türkiyə_və_ukrayna_prezidentləri_telefonla_söhbət_ediblər
Türkiyə prezidenti və onun ukraynalı həmkarı bir telefon söhbətində münasibətlərin inkişafı barədə danışıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 25, 2020 07:48 Asia/Baku
  • Türkiyə və Ukrayna prezidentləri telefonla söhbət ediblər

Türkiyə prezidenti və onun ukraynalı həmkarı bir telefon söhbətində münasibətlərin inkişafı barədə danışıblar.

SəhərAzəri  xəbər verir, Rəcəb Tayyıb Ərdoğan və Vladimir Zelenski bu telefon söhbətində Türkiyə-Ukrayna əlaqələrinin genişləndirilməsi, regional məsələlər və COVID-19 xəstəliyi ilə mübarizə sahəsində həmkarlıq ətrafında fikir mübadiləsi aparıblar.

Ukrayna prezidenti deyib ki, iki ölkənin ortaq maraqlara malik olduğu bütün sahələrdə ikitərəfli strateji əməkdaşlıq genişlənəcəkdir.

Belə bir halda, Ukrayna prezident aparatı bir açıqlama yayaraq, ölkəsi ilə Türkiyə arasında sərnişin təyyarələrinin uçuşlarının başlanmasından xəbər verib.