İyul 02, 2020 13:44 Asia/Baku
  • Fransa Türkiyəni sanksiyaları şiddətləndirməklə hədələyib

Fransanın xarici işlər naziri Türkiyəni daha artıq sanksiyalar tətbiq etməklə hədələyib.

SaharAzeri xəbər verir, Jan İv Le-Driyan dünən deyib: Avropa Birliyinin xarici işlər naziləri 2020-ci il iyulun 13-də Türkiyə barədə iclas keçiricəklər və ola bilsin, Ankaraya qarşı yeni sanksiyalar nəzərdə tutulmuş olsun.

Le-Driyan sonra deyib: Avropa Birliyinin Fransanın xahişi ilə iyulun 13-də keçiriləcək iclası sırf olaraq Türkiyəyə həsr olunacaq.

Fransanın xarici işlər naziri deyib: Avropa Birliyi bundan öncə Türkiyənin Kipr iqtisadi bölgəsində apardığı qazıntılara görə, Ankaraya qarşı sanksiyalar tətbiq etmişdi, amma başqa sanksiyalar da tətbiq oluna bilər.

Paris ilə Ankara arasındakı gərginliyin davamında Fransa hökuməti dünən NATO-ya məlumat veribdir ki, fransız və türk gəmilər arasında yaranan gərginlik barədəki araşdırmaların nəticəsinə görə, Aralıq dənizində keçirilən dəniz əməliyyatında iştirakı dayandırır.

Ondan az öncə Fransanın müdafiə naziri Florens Parli belə demişdi: Liviyaya doğru hərəkət edən və silah daşıyan bir gəmini müəyyən etmək niyyətində olan bir fransız esmines Türkiyə freqatlarının son dərəcə düşmənçilik hərəkətləri ilə üzləşibdir. Görünür, bu freqatlar həmin gəminin yükünü qorumaq tapşırığına malik olublar.

Fransa-Türkiyə münasibətləri son həftələrdə Liviya, Suriyanın şimalı və Aralıq dənizində manevr kimi məsələlər üstündə kəskinləşibdir.

Teqlər

Şərhlər