Cozep Borrell Türkiyəyə gəlib
https://azeri.sahartv.ir/news/türkiyə-i364222-cozep_borrell_türkiyəyə_gəlib
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 11:48 Asia/Baku
  • Cozep Borrell Türkiyəyə gəlib

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə səfər edib.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi(XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, C. Borrell Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Aİ nümayəndəsinin axşam saatlarında Müdafiə naziri ilə görüşərək Liviya münaqişəsini müzakirə edəcəyi gözlənilir.

Eyni zamanda C. Borrellin Türkiyə və Fransa arasında gərginlik, Şərqi Aralıq və Egey dənizləri ilə əlaqədar aktual mövzularda “dialoq platforması” qurmaq təklifi ilə sabah da yüksək səviyyəli görüşləri olacaq.