Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i364511-türkiyədə_bu_gün_koronavirusdan_19_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2020 20:40 Asia/Baku
  • Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

 SəhərAzeri Apa-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 45 232 şübhəli koronavirus testindən keçib, onlardan 1012-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1298 xəstə sağalıb.

Türkiyədə indiyədək 212 993 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5363 nəfər ölüb, 194 515 nəfər müalicə olunaraq evə buraxılıb. 

Nazir qeyd edib ki, infeksiyaya ən yüksək yoluxma sayına görə  İstanbulla  Ankara yenə ilk sıradadır. Konya, Diyarbəkir və Bursa da ilk beşliyə daxildir.