İyul 15, 2020 19:52 Asia/Baku
  • Ərdoğan Ermənistan-Azərbacan sərhəddində gedən düyüşlərə münasibət bildirib

Türkiyə prazidenti Azərbaycanla Ermənistan arasında gedən son döyüşlərə münasibət bildirərkən, Bakını dəstəklədiyini bildirib.

SəhərAzəri Anadolu xəbər agentliyinə istinadla xəbər verir, Rəcəb Tayyıb Ərdoğan vurğulayıb: "Türkiyə Azərbaycan Respublikasının hüquq və torpaqlarına istiqamətli hər cür hücumun qarşısında dayanmaqdan çəkinməyəcək".

Ərdoğan Ermənistanı tənqid edərək, bu ölkənin Azərbaycan Respublikasına qəsdən hücum etdiyini iddia edib.

Bundan öncə Terkiyənin müdafiə naziri Hulusi Akar da rəsmi Ankarının Azərbaycan Respublikasının yanında olduğunu və Ermənistan qarşısında azərbaycanlı qardaşlarına dəstək verməkdə davam edəcəyini vurğulayıb.

Bununla əlaqədar İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də düməm azərbaycanlı və erməni həmkarları ilə apardığı telefon danışığı zamanı hər iki tərəfi təmkinli olmağa və münaqişənin dinc yolla həlli üçün dialoqa başlamağa çağırıb və İran İslam Respublikasının gərginliklərə son qoymaq üçün kömək etməyə hazır olduğunu bildirib.

Ermənistanla Azərbaycan Respublikası silahlı qüvvələrinin Tovuz istiqamətində döyüşləri iyunun 11-dən başlayıb və hələ də davam edir.

Bu döyüılərdə hər iki tərəfin hərbçilərindən ölən və yaralananlar var. 

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1991 -ci ildə hərbi qarşıdurmaya çevrilib, nəticədə Azərbaycanın Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan qüvvələrinin nəzarəti altına keçib. 

1994-cu ilin may ayından Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəs elan edilib, Lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-ın Minsk qrupunun böhranın həlli üçün vasitəçiliyi indiyə kimi nəticəsiz qalıb.

Teqlər