Türkiyədə son sutkada koronavirusdan 17 nəfər dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/türkiyə-i365080-türkiyədə_son_sutkada_koronavirusdan_17_nəfər_dünyasını_dəyişib
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2020 16:58 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 17 nəfər dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 42 986 şübhəli koronavirus testindən keçib, onlardan 937-nin cavabı pozitiv çıxıb, bu gün daha 1009 xəstə sağalıb.

Türkiyədə indiyədək 224 252 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5580 nəfər ölüb, 207 374 nəfər müalicə olunaraq evə buraxılıb. 

Nazir qeyd edib ki, COVID-19-dan şübhəlilər arasında testdən keçənlərin sayı 4,5 milyona yaxınlaşıb.

Image Caption