İyul 30, 2020 23:54 Asia/Baku
  • Türkiyədə terror aktı planlaşdıran qrupun üzvləri zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Diyarbəkir vilayətində antiterror əməliyyat keçiriblər.

SəhərAzəri azərtac-a istinadla xəbər verir ki, əməliyyat zamanı İŞİD qruplaşmasının terror aktı törətməyi planlaşdıran doqquz üzvü həbs edilib. Axtarış zamanı dəstə üzvlərinin olduqları ünvanlardan silah-sursat və digər ləvazimatlar götürülüb.

Dəstə üzvlərinin Qurban bayramı günlərində terror aktları törətməyi planlaşdırdıqları müəyyənləşib

Teqlər

Şərhlər