Türkiyədə koronavirusa yoluxanların sayı 233 min nəfəri ötüb
Türkiyənin Səhiyyə Nazirliyi bu ölkədə təxminən 234 min nəfərin koronavirusa yoluxduğundan xəbər verib.
SəhərAzəri xəbər verir, İRİB-in məlumatına görə, Türkiyənin Səhiyyə Nazirliyi dünən gecə, son 24 saat ərzində koronavirusa 995 yeni yoluxma faktının qeydə alınmasını bildirib, bununlada bu ölkədə koronavirusa yoluxanların ümumi sayı təxminən 234 min nəfərə çatıb.
Türkiyənin Səhiyyə Nazirliyi koronavirus qurbanlarının sayını 5 min 747 nəfər elan edib ki, bu da bazar gününə nisbətən 19 nəfər çoxdur.
COVİD-19 adı ilə tanınan koronavirus ötən ilin dekabr ayında Çinin şərqindəki Hubey əyalətinin Vuhan şəhərində aşkarlanıb və hazırda təxminən dünyanın bütün ölkələrinə yayılıb.
Son statistikaya əsasən, indiyədək dünyada 18 milyondan çox insan koronavirusa yoluxub, onlardan 12 milyona yaxını bu virusdan sağalıb və xəstəxanalardan evə buraxılıb, ən azı 700 min nəfər isə bu virusun qurbanı olub.