Türkiyə parlamentinin doqquz deputatı koronavirus infeksiyasına yoluxub
https://azeri.sahartv.ir/news/türkiyə-i365598-türkiyə_parlamentinin_doqquz_deputatı_koronavirus_infeksiyasına_yoluxub
Türkiyə Böyük Millət Məclisində (TBMM) çalışan işçilərdən 35-i və 9 deputat yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2020 11:08 Asia/Baku
  • Türkiyə parlamentinin doqquz deputatı koronavirus infeksiyasına yoluxub

Türkiyə Böyük Millət Məclisində (TBMM) çalışan işçilərdən 35-i və 9 deputat yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə TBMM-nin sədri Mustafa Şentop məlumat verib. Parlament sədrinin sözlərinə görə, infeksiyaya yoluxan deputatlardan dördü evdə müalicə olunur.

Qeyd edək ki, son iki gündə Türkiyədə gündəlik koronavirus yoluxmasında aşkar edilən sayda orta hesabla gündəlik yüzə yaxın artım müşahidə olunmaqdadır. Ekspertlər hesab edir ki, yenidən müəyyən məhdudiyyətlər olmasa yoluxma sayındakı artım davam edəcək.