Avq 11, 2020 01:30 Asia/Baku
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 14 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 62 219 şübhəli koronavirus testindən keçib, onlardan 1193-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 603 nəfər olub, 1211 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 241 997 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5858 nəfər ölüb.

Teqlər