Ərdoğan Misir ilə Yunanıstan arasında imzalanan dəniz müqaviləsini qınayıb
Türkiyə prezidenti deyib: "Yunanistanla Misir arasında dəniz sərhədlərinin demarkasiyası haqqında imzalanan müqavilə əsasızdır"
SəhərAzəri xəbər verir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 10-da etdiyi çıxışında Misir və Yunaıstan arasında imzalanan Aralıq dənizində sərhədlərinin demarkasiyası haqqında müqaviləni tənqid edib və deyib: "Yunanıstan xöşməramlı olmadığını bir daha göstərdi".
Ərdoğan sonra deyib: "Türkiyənin heç bir kəsin qanuni haqqında, torpağında və dənizində gözü yoxdur, Lakin başqalarına neçə kilometrlik adalara güvənərək, Türkiyəni öz sahillərində həbs etmək icazəsi verməyəcək".
"Bu barədə Tütkiyənin qətiyyətli olmasını dərk etməyənlər tezliklə həqiqətləri görməlidirlər. Biz onları həll yolu tapmaq üçün danışıq masası arxasına dəvət edirik", _deyə Türkiyə prezidenti əlavə edib.
İyul Ayında Misir ilə Yunanıstan arasında dəniz müqaviləsi elə bir halda imzalanıb ki, Türkiyənin enerji mənbələri axtarışı ilə bağlı hərəkətləri səbəbindən Şərqi Aralıq dənizində gərginlik pik həddə çatıb.