Türkiyə Həmsədr ölkələri Qarabağ münaqişəsinin həlli ilə bağlı tənqid edib
Türkiyənin xarici işlər naziri deyib: "Həmsədrlər münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”.
SəhərAzəri xəbər verir, Qafqaz info xəbər portalının məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk xarici səfərini Ankaraya etmiş Azərbaycan Respublikasının yeni xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib: "Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik etmə missiyasını daşıyan ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələri olan Rusiya, Fransa və ABŞ münaqişənin həlli istiqamətində səmimi şəkildə səy göstərmirlər".
Türkiyənin xarici işlər naziri, həmçinin Ermənistanı, Azərbaycan -Ermənistan sərhədinin tovuz rayonu istiqamətində gedən son artilleriya döyüşlərində günahlandırıb və deyib: "Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”
Azərbaycan Respublikasının xarici işlər naziri də deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bununla bağlı Azərbaycanın mövqeyi qətiyyətlidir və dəyişməzdir”.
Ermənistan bundan əvvəl Türkiyəni, Azərbaycan Respublikasını Ermənistanla hərbi münaqişə və müharibə aparmağa təhrik etməkdə ittiham edib.