Türkiyədə son sutkada daha 20 nəfər koronavirusdan ölüb
Avq 18, 2020 22:07 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 82 318 şübhəli koronavirus testindən keçib, onlardan 1263-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 703 nəfər olub, 942 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 251 805 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6016 nəfər ölüb.