Avq 19, 2020 18:16 Asia/Baku
  • Türkiyənin hakim partiyasının sözçüsü: Heç kim demokratiyamızı məhv edə bilməz

Türkiyənin hakim partiyasının nümayəndəsi deyib, heç kim ölkənin demokratiyasını məhv edə və ya oğurlaya bilməz.

SəhərAzəri Anadolu-ya istinadla xəbər verir, Türkiyə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik, ABŞ Demokrat Partiyasının prezidentliyə namizədi Co Baydenin söylədiyi sözlərə toxunaraq və partiya üzvləri ilə görüşdən sonra bunları söyləyib: “heç kim demokratiyamızı oğurlaya və ya məhv edə bilməz və Türkiyənin siyasi sistemini poza bilməz.” 
Baydenə ayid və kiber məkanında yayımlanmış bir videoda o deyir: “Türkiyə rəhbərliyində prezident Rəcəb Tayyib Ərdoğanı məğlub edə biləcək şəxslərə dəstək olmalıyıq.”
Ötən ilin dekabr ayında qeydə alınan, lakin şənbə günü yayımlanan həmin sözlər, Türkiyədə həm hökumət rəsmiləri arasında və həm də müxaliflər arasında tənqidlərə səbəb olub.
Ömər Çelik də həmin çıxışa işarə edərək, terrorçu qruplara dəstək verənləri də qınayıb və deyib: “PKK-ya silah göndərən və onlara dəstək verən hər kəs kürd uşaqlarını öldürməyə çalışır.”

Teqlər