Türkiyədə son sutkada koronavirusdan 36 nəfər ölüb
Avq 28, 2020 23:02 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 36 nəfər ölüb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 107 814 şübhəli koronavirus testindən keçib, onlardan 1517-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 896 nəfər olub, 1017 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 265 515 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6245 nəfər ölüb.