Ərdoğan: Düşmənlərin ssenarilərini zibil qutusuna göndərəcəm
https://azeri.sahartv.ir/news/türkiyə-i366927-Ərdoğan_düşmənlərin_ssenarilərini_zibil_qutusuna_göndərəcəm
Rəcəb Təyyib Ərdoğan Türkiyə əleyhinə aqressiv mövqedən çıxan ölkələrə xəbərdarlıq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2020 07:04 Asia/Baku
  • Ərdoğan: Düşmənlərin ssenarilərini zibil qutusuna göndərəcəm

Rəcəb Təyyib Ərdoğan Türkiyə əleyhinə aqressiv mövqedən çıxan ölkələrə xəbərdarlıq etdi.

Səhər Azəri bildirir ki, Türkiyə prezidenti bu barədə Tvitter-də yazı paylaşıb. 

Ərdoğan bildirib: Türkiyə ilə düşmənçiliyini gizlətməkdən çəkinməyənlərin şəxslərin Ankara əleyhinə hiyləgərcəsinə ssenarilərini bir-bir zibil qutusuna göndərəcəyik.

Ərdoğan əlavə edib: Türkiyə bütün düşmən ssenariləri cırıb zibil qutusuna atacaq siyasi, iqtisadi və hərbi qüdrətə malikdir. 

Son zamanlar Türkiyənin Aralıq dənizində neft və qaz yataqlarında kəşfiyyat-axtarış əməliyyatı həyata keçirməsi Avropa ölkələrinin Ankaraya qarşı aqressiv ritorika sərgiləməsinə səbəb olub.