Avropa Türkiyə gəmilərinin Kipr sularından çıxarılmasına çağırıb
Avropa Birliyi Türkiyə gəmisinin Kipr sularında axtarış-kəşfiyyat əməliyyatlarını davam etdirməsindən narahatlıq ifadə edərək, bu gəmilərin Kiprin dəniz hövzəsindən çıxarılmasını tələb edib.
SəhərAzəri xəbər verir, Av ropa İttifaqının Xarici Siyasət Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bu müraciəti bəyan edərək, Türkiyənin "Yavuz" gəmisinin bu bölgədə mövcudluğunun davam etməsinin Aralıq dənizində gərginliyin artmasına səbəb olacağını bildirib.
Bundan əvvəl Türkiyə bölgədə gərginliyin artmasına səbəb olacağı ehtimal olunan bir hərəkətdə ikinci axtarış gəmisinin Qara dənizə göndərilməsindən xəbər verib.
İkinci axtarış gəmisinin Qara dənizə göndərilməsielə bir halda baş verir ki, gəmilərin hərəkətini izləyən "Renfinito" şirkətinin məlumatları göstərir ki, Türkiyənin "Oruç Reis" qazma gəmisi sentyabrın 13-də bu ölkənin cənubunda Antaliya sahillərinə doğru hərəkətdədir.
Bu gəmi, digər iki qazma gəmisi ilə birlikdə ərazidəki fosil ehtiyatlarını araşdırmaq üçün cari ilin may ayında Şərqi Aralıq dənizinə göndərildi.
Son həftələrdə Şərqi Aralıq dənizindəki neft və qaz ehtiyatları ilə bağlı və Yunanıstan sahillərində Türkiyənin kəşfiyyat işlərinə başlamasından sonra, Ankara ilə Afina arasında yaşanan gərginlik, hər iki ölkəni hərbi qarşıdurmanın astanasına aparıb.