Sen 18, 2020 22:37 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 62 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 62 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 111 113 şübhəli koronavirus testindən keçib, onlardan 1771-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1402 nəfər olub, 1060 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 299 810  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 7377 nəfər ölüb.

Teqlər