Krım tatarlarına qarşı repressiyaların davamında
Türkiyə Rusiyanın Krım xalqına təzyiq göstərməsinə etiraz etdi
Sen 19, 2020 16:10 Asia/Baku
Türkiyə XİN-i Krım tatarlarına qarşı repressiyanı qınadı.
Səhər Azəri bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiya məhkəmələrindən birində Krım tatarlarından olan 7 nəfər barəsində həbs qərarının çıxarılmasına etiraz edib.
Məlumata görə, Türkiyə XİN-i bir bəyanat yayaraq, bu rəftarı Krım vətəndaşlarına qarşı repressiya siyasətinin aşkar nümunəsi adlandırıb.
Türkiyə XİN-i Krım tatarlarına qarşı repressiyanı təəssüf doğuran hal adlandırıb və bildirib: Krım yarımadasının həqiqi sakinləri olan Krım tatarlarının repressiya edilməsi bu məntəqənin Rusiyaya birləşdirilməsinin qeyri-qanuni olmasına dəlalət edən faktdır.
Türkiyə XİN-i bu bəyanatda daim öz haqq və hüquqları uğrunda mübarizə aparan Krım tatarlarının yanında olacağını vurğulayıb.