Türkiyədə son sutkada koronavirusdan 57 nəfər ölüb
Okt 05, 2020 21:10 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 57 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saatda 115 632 şübhəli koronavirus testindən keçib, onlardan 1603-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1412 nəfər olub, 1320 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 326 046 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8498 nəfər ölüb.