Okt 07, 2020 23:51 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 56 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 56 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 116 608 şübhəli koronavirus testindən keçib, onlardan 1581-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1411 nəfər olub, 1355 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 329 138  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8609 nəfər ölüb.

Teqlər