Türkiyədə son sutkada koronavirusdan 58 nəfər ölüb
Okt 08, 2020 22:39 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 58 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saatda 117 101 şübhəli koronavirus testindən keçib, onlardan 1615-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1403 nəfər olub, 1398 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 330 753 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8667 nəfər ölüb.