Okt 14, 2020 15:57 Asia/Baku
  • ‘‘Türkiyә Yunanıstan vә Kıbrıs Rum Rәhbәrliyinә lazımi cavabı sahәdә vermәyә davam edәcәk’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin Yunanıstan vә Kıbrıs Rum Rәhbәrliyinә lazımi cavabı sahәdә vermәyә davam edәcәklәrini söylәyib.

SəhərAzəri trt.net-ə istinadla xəbər verir, Türkiyә prezidenti Әdalәt vә İnkişaf Partiyasının Türkiyә Böyük Millәt Mәclisindә keçirilәn qrup toplantısında çıxış edib.

Әrdoğan Şәrqi Aralıq dәnizindә Türkiyәnin vә Kıbrısdakı Türklәrin hüquqlarını müdafiә ermәyә davam edәcәklәrini deyib. Türkiyә prezidenti bildirib: "‘Yavuz’ gәmimizin tәhlükәsizliyini donanmamız tәmin edir. ‘Oruç Reis’ seysmik-araşdırma gәmimiz dә yenidәn Aralıq dәnizindәki fәaliyyәtlәrini davam etdirir. ‘Barbaros’ gәmisi Aralıq dәnizindәki fәaliyyәtlәrini davam etdirir. Aİ vә NATO platformalarında verdiklәri sözlәri tutmayan Yunanıstan vә Kıbrıs Rum Rәhbәrliyinә lazımi cavabı sahәdә vermәyә davam edәcәyik. ‘Qanuni’ gәmisi dә Qara dәnizdәki fәaliyyәtlәrini davam etdirәcәk".

Rәcәb Tayyib  ‘Fatih’ kәşfiyyat-axtarış gәmisinin kәşf etdiyi tәbii qaz xәbәrinin sevinclә qarşılandığını söylәyib.

Әrdoğan Ermәnistanın Azәrbaycana etdiyi hücumla bağlı deyib: "ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ildir məsələni həll edə bilmir.  Azәrbaycanlı qardaşlarımıza hәr növ dәstәyi vermәyә hazırıq. Minsk qrupunun içәrisindә olanların verdiyi dәstәyi niyә danışmırsınız? Rusiyadan eyni şәkildә Fransadan bu qәdәr silahlar gәlir. Bunları niyә danışmırsınız?"

Әrdoğan hәmçinin Qapalı Maraş bölgәsinin açılmasının Kıbrıs üçün tarixi bir dönüş nöqtәsi olduğunu bildirib.Әrdoğan bildirib ki, Qapalı Maraş bölgәsi Şimali Kıbrısdakı Türkündür.

Teqlər