Türkiyədə son sutkada koronavirusdan 73 nəfər ölüb
Okt 16, 2020 22:23 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 73 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saatda 117 005 şübhəli koronavirus testindən keçib, onlardan 1812-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1445 nəfər olub, 1419 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 343 955 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9153 nəfər ölüb.