Okt 25, 2020 01:38 Asia/Baku
  • Türkiyədə Covid-19-la bağlı son vəziyyət

Türkiyənin səhiyyə naziri bu ölkədə koronavirusa yoluxan və bu virusdan ölənlərin sayının artmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Fəxrəddin Koca dünən gecə bildiribdir ki, ötən sutka ərzində 113 427 şübhəli koronavirus testindən keçib, onlardan 2091-nin cavabı pozitiv çıxıb, 1573 xəstə isə sağalaraq evə buraxılıb və 69 xəstə heyatini itirib. Ağır xəstə sayı 1699  nəfər olub.   

Türkiyədə ümumilikdə 359 784 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9727 nəfər ölüb.

Son günlər Türkiyədə koronavirus nəticəsində yoluxma və ölüm miqdarı bir daha artmağa başlayıbdır.

Türkiyə hökuməti koronavirusun payız dalğasının qarşısını almaq üçün ağır nağd cərimələr təyin edib. Ankara həmçinin koronavirusla bağlı qanunları pozanlarla ciddi rəftar kimi koronavirus tədbirlərini icraya qoyubdur.

Teqlər