Okt 27, 2020 12:29 Asia/Baku
  • Ərdoğan Fransa məhsullarının boykot edilməsini istəyib

Türkiyə prezidenti Fransa məhsullarının boykot edilməsini istəyibdir.

SəhərAzəri xəbər verir, Fransa ilə Türkiyə arasındakı gərginliyin davamında və Fransa prezidenti Emmaunel Makronun İslam müqəddəslərinə və müsəlmanlara qarşı hörmətsizliyinin ardınca Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Fransa məhsullarının boykot edilməsini istəyib.

«Peyğəmbər(s.ə.s)-in mövludu həftəsi»nin başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən Ərdoğan bir daha Makrona hücum edərək, onu xəstə adlandırıb və belə deyib: islama və müsəlmanlara hücum Fransa liderinin təşviqi ilə başlandı ki, onun özü psixoloji cəhətdən müalicə olunmağa ehtiyaclıdır.

Türkiyə prezidenti sonra söyləyib: İslam və müsəlmanlarla düşmənçilik bəzi Avropa ölkələri liderlərinin dəstək verdikləri siyasətə çevrilibdir.

Ərdoğan çıxışının digər bir hissəsində Almaniya kansleri Angela Merkelə də hücum və ondan belə sual edib: Sizin iddia etdiyiniz dinlərin azadlığı harada qalıb? Yüzdən çox polisin Almaniyada bir məscidə hücum etməsinə necə icazə verirsiniz?

Avropanın hazırkı rəhbərlərini faşist və nasist adlandıran Ərdoğan vurğulayıbdır ki, avropalılar İslam ilə düşmənçilikdən heç vaxt heç nə qazanmayacaqlar.

Ərdoğanın Fransa mallarının boykot edilməsini istəməsi Türkiyə və Fransanın bir-birinə qarşı iqtisadi sanksiya qarşıdurmasına səbəb ola bilər.

Teqlər