Bu gün 75 ildən sonra Kariye məscidində cümə namazı qılınacaq
İstanbulun yaxınlığında yerləşən Kariye məscidində bu gün 75 ildən sonra ilk cümə namazı qılınacaq.
İRNA-ya istinidla xəbər verir ki, Türkiyənin Dini İşlər Təşkilatının sədri Əli Ərbaş Kariye məscidinin açılışı ilə müsəlmanlar arasında daha çox birliyin yaranacağına ümidvar olduğunu bildirib.
Kariye məscidində ilk cümə namazının qılınması Türkiyə prezidentinin 21 avqust tarixli sərəncamına əsasən və bu məkanın muzeydən məscidə çevrilməsi fonunda həyata keçirilir.
2019-cu ilin noyabr ayında Türkiyənin Ali İnzibati Məhkəməsi Kariye məscidinin muzeyə çevrilməsinə dair 1945-ci ildə bu ölkənin Nazirlər Kabineti tərəfindən verilən qərarı ləğv edib.
Bundan əvvəl də Ayasofya məscidinin statusu muzeydən məscidə dəyişdirilib və təxminən üç ay əvvəl 86 ildən sonra bu məkanda ilk cümə namazı qılınıb.