Noy 01, 2020 20:04 Asia/Baku
  • Türkiyənin yeni

Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat-axtarış fəaliyyətləri həyata keçirən "Oruç Reis", "Ataman" və "Cengizhan" gəmiləri üçün yeni "Navtex" elan edib.

SəhərAzəri TRT-yə istinadla xəbər verir ki,Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat-axtarış sahəsində fəaliyyət göstərən "Oruç Reis", "Ataman" və "Cengizhan" gəmiləri üçün yeni "Navtex" (dənizçilərə elan) elan edib. "Navtex" elanına görə, 1 noyabr Türkiyə vaxtı ilə saat 21:01-də fəaliyyət müddəti sona çatan "Oruç Reis", "Ataman" və "Cengizhan" kəşfiyyat-axtarış gəmilərinin fəaliyyət müddəti 14 noyabr Türkiyə vaxtı ilə saat 20:59-a qədər uzadılıb. Dənizçilər üçün kəşfiyyat gəmisindən 6 dəniz mili sahildən kənarda keçilməsi xəbərdarlığı edilib.

Teqlər