Türkiyənin ixracı oktyabrda tarixi maksimuma çatıb
https://azeri.sahartv.ir/news/türkiyə-i369150-türkiyənin_ixracı_oktyabrda_tarixi_maksimuma_çatıb
Bu ilin oktyabr ayında Türkiyə ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 5,6% artaraq 17,3 mlrd. ABŞ dollar təşkil edib ki, bu fakt tarixi maksimum kimi qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2020 09:52 Asia/Baku
  • Türkiyənin ixracı oktyabrda tarixi maksimuma çatıb

Bu ilin oktyabr ayında Türkiyə ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 5,6% artaraq 17,3 mlrd. ABŞ dollar təşkil edib ki, bu fakt tarixi maksimum kimi qeydə alınıb.

SəhərAzəri yerli mənbələrə istinadən xəbər verir, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.

Oktyabrda Türkiyənin idxalı illik müqayisədə 8,5% artaraq 19,73 mlrd. dollar çatıb. Beləliklə, ölkənin ticarət dövriyyəsinin mənfi saldosu illik ifadədə 35,7% artaraq 2,43 mlrd. dollara çatıb.

Avropa İttifaqı (Aİ) Türkiyənin ən böyük ticarət tərəfdaşı kimi mövqeyini qoruyub. Belə ki, ötən ay Aİ-yə ixrac illik müqayisədə 4,1% artaraq 7,23 mlrd. dollara bərabər olub. Təkcə Almaniyaya oktyabrda 1,62 mlrd. dollarlıq mal ixrac olunub. Böyük Britaniyaya da ixrac həcmlərində əhəmiyyətli – illik 52,6% səviyyəsində artım qeydə alınıb və 1,5 mlrd. dollar təşkil edib.