Türkiyədə COVID-19-dan 81 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i369242-türkiyədə_covid_19_dan_81_nəfər_ölüb
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2020 08:56 Asia/Baku
  • Türkiyədə COVID-19-dan 81 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

 SəhərAzəri xəbər verir, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca  son koronavirus statistikasını açıqlayarkən belə bildirib. 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  146 028 şübhəli koronavirus testindən keçib, onlardan 2311-nin cavabı pozitiv çıxıb, 1741 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2564   nəfər olub.   

Türkiyədə ümumilikdə 386 820 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 639 nəfər ölüb.