Noy 08, 2020 23:55 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 84 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 84 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saat ərzində 141 944 şübhəli koronavirus testindən keçib, onlardan 2516-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 2 740 nəfər olub, 2 018 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 394 255  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 887 nəfər ölüb.

Image Caption

 

Teqlər