Noy 15, 2020 19:38 Asia/Baku
  • İzmir zəlzələsi qurbanlarının sayı artıb

30 oktyabrda Türkiyənin İzmir şəhərində baş verən 6.6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb.

SəhərAzəri xəbər verir, Türkiyə Daxili İşlər Nazirliyinin Böhran və Fövqəladə Hallar İdarəetmə Təşkilatı açıqlayıb: İzmir zəlzələsində yaralanan daha iki nəfərin ölümü ilə zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb.
Bu Təşkilatın məlumatina görə, zəlzələ nəticəsində yaralanan və xəstəxanaya aparılanlardan, 1021 nəfər xəstəxanalardan buraxılıb, Ancaq səkkiz nəfər hələ də xəstəxanadadır. Bu Təşkilat bildirib ki, İzmirdə 6.6 bal gücündə zəlzələdən sonra (dünənə qədər) 3630 yeraltı təkan qeydə alınıb ki; bunlardan 48 yeraltı təkanın gücü 4 Rixterdən çox olub.

Teqlər