Noy 17, 2020 23:05 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 103 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 103 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saat ərzində 156 692 şübhəli koronavirus testindən keçib, onlardan 3 819-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 3 657 nəfər olub, 2 688 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 421 413  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 11 min 704 nəfər ölüb.

Teqlər