Noy 24, 2020 15:16 Asia/Baku
  • Türkiyədə koronavirus peyvəndi pulsuz təqdim olunacaq

Türkiyənin səhiyyə naziri Çinin «Sinovac» şirkəti tərəfindən istehsal olunan on milyon doza vaksinin ölkəsində pulsuz təqdim ediləcəyindən xəbər verib.

SəhərAzəri xəbər verir, Fəxrəddin Koca deyib ki, Çində istehsal olunmuş COVID-19 vaksini hazırda Türkiyədə insanlar üzərində sınaqdan keçirilir. O, bildirib ki, bu peyvənd könüllülərə pulsuz şəkildə veriləcək.

Bu vaksinin təsir gücünə nəzarət prosesi Türkiyənin 12 şəhərindəki 25 mərkəzdə həyata keçirilməkdədir və vaksin könüllülərə vurulur. Indiyədək müalicə işçilərindən 726 nəfər bu vaksini alıb. Bütövlükdə 1237 doza vaksin aşılanıbdır.

Türkiyənin səhiyyə naziri vurğulayıb ki, çinli peyvənd istehsalçısı “Sinovac” ilə danışıqlar artıq başa çatıb, bütün qanuni komponentlər tamamlanıb və müqavilə imzalanıb və tibb işçiləri vaksinin alınmasında ön planda dururlar.

Türkiyə səhiyyə nazirliyinin statistikasına görə, ötən sutka ərzində 153 COVID-19 xəstəsinin ölümü ilə bu ölkədə koronavirusdan ölənlərin sayı 12 min 511 nəfərə yüksəlibdir.

Teqlər