Noy 26, 2020 15:58 Asia/Baku
  • Türkiyədən Fransanın Qarabağ bölgəsi barədəki qərarına reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatının Qarabağ bölgəsi barədəki qərarını tənqid edib.

SəhərAzəri xəbər verir, Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatının Qarabağ bölgəsindəki ixtilaflar və Azərbaycan Respublikası ordusunun Ermənistanın işğalından azad edilmiş bölgələrdən geri çəkilməsi zərurəti barədə olan qərarına reaksiyada bir bəyanat yayıb.

Bəyanatda deyilir: Bu qərarın gülünc, tərəfbazlıq və həqiqətlərdən uzaq bir təfəkkürün bariz nümunəsi olmasına görə, onu ciddi saymaq olmaz.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında sonra deyilir: Fransa senatının bu qərarı bu ölkənin Qarabağ məsələsinin həllindəki iştirak imkanını ciddi şəkildə məhdudlaşdırıbdır.

Türkiyə Xarici İşlər Nazirliyi öz bəyanatında daha sonra belə qeyd edib: Fransa senatının qərarı, Qarabağ məsələsinin həllində tərəfsiz olmalı olduqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinin nəticəsiz olmasının səbəbi və tərəfbazlıq həddini açıq şəkildə göstərdi.

Fransa senatı bir layihə qəbul edibdir ki, onda Dağlıq Qarabağın rəsmən tanınmasına, həmçinin Ermənistan, Azərbaycan Respublikası və Rusiya arasındakı son razılaşmanın təsdiq edilməməsinə təkid olunubdur.

Teqlər