Noy 27, 2020 22:01 Asia/Baku
  • Türkiyə AB-ni tənqid edib

Türkiyənin xarici işlər naziri Avropa Birliyinin «İRİNİ» əməliyyatı üzrə hərbi qüvvələrin «Rozalin» ticarət gəmisini təftiş etmək üzrə hərəkətini tənqid edib.

SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon söhbətində Türkiyənin «Rozalin» ticarət gəmisinin təftiş edilməsini beynəlxalq qanunların pozulması adlandırıb. Vurğulayıb ki, Avropa Birliyinin ticarət gəmisi qarşısındakı «İRİNİ» əməliyyatı qəbuledilməzdir.

Bununla belə, Türkiyənin xarici işlər nazirliyi bu təftişə etiraz olaraq, Avropa Birliyi və İtaliyanın Ankaradakı səfirləri, Almaniyanın isə müvəqqəti işlər vəkilini nazirliyə çağırtdırıb.

Almaniyanın müdafiə nazirliyi son zamanlar bildiribdir ki, alman freqatındakı qüvvələr Avropa Birliyi tərəfindən həvalə olunmuş tapşırıq istiqamətində türkiyəli gəmiyə şübhələnərək, bu gəminin yoxlanılmasını istəyib, lakin Türkiyə gəmisinin ekipaj üzvlərinin etirazı və maneçiliyi ilə üzləşiblər.

Türkiyənin təhlükəsizlik mənbələrinin bildirdiklərinə görə, Rozalin gəmisi Liviyaya qida maddələri və boya daşıyırmış.

Almaniyanın bu hərəkətinin ardınca Ankara-Berlin çəkişməsi yenidən şiddətlənibdir.

Almaniya Ankaranın qaz kəşfiyyatı üzrə Aralıq dənizindəki fəaliyyətləri, Qarabağ böhranı və Liviyaya hərbi müdaxiləyə görə, Türkiyə ilə fikir ayrılığına malikdir.

Teqlər