Türkiyədə son sutkada koronavirusdan 182 nəfər ölüb
Noy 28, 2020 23:26 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 182 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saat ərzində 174 443 şübhəli koronavirus testindən keçib, onlardan 6 714 -nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 4 903 nəfər olub, 3 611 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 487 912 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 13 min 373 nəfər ölüb.