Noy 30, 2020 22:35 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 188 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 188 nəfər ölüb.

SəhərAzəri Türkiyə xəbər agentliklərinə istinadən xəbər verir, Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 188 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 13 min 746 nәfәrә çatıb.

Türkiyədə 176 min 212 nəfər testdən keçirilib. Onlardan 31 min 219 nəfərdə infeksiya aşkarlanıb. 

Sağalan 4 min 485 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 404 min 727 nəfər müalicə olunub. 

Digər tərəfdən Nazirlər Kabinetinin iclasından sonra bəyanat verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan epidemiya ilə əlaqədar görülən yeni tədbirlər haqqında məlumat verib. 

Yeni tədbirlər çərçivəsində həftəiçi hər gün yerli vaxtla saat 21.00-dan səhər saat 05.00-dək küçəyə çıxmaq qadağan olunacaq.

Türkiyə prezidenti vurğulayıb ki, cümə günləri yerli vaxtla saat 21.00-dan bazar ertəsi günü sabah saat 05.00-dək ümumilikdə küçəyə çıxılmayacaq. 

Ərdoğan təhsil, nəqliyyat və xidmət sektorunda da tədbirlərin genişləndirildiyini deyib. Dövlət başçısı gələn ay  səhiyyə işçilərinə koronavirus əleyhinə peyvənd vurulacağını bildirib. 

Teqlər