Türkiyədə 5.5 bal gücündə zəlzələ olub
https://azeri.sahartv.ir/news/türkiyə-i370434-türkiyədə_5.5_bal_gücündə_zəlzələ_olub
Türkiyənin Aralıq dənizi sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2020 14:41 Asia/Baku
  • Türkiyədə 5.5 bal gücündə zəlzələ olub

Türkiyənin Aralıq dənizi sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.

SəhərAzəri xəbər verir, Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi bildirib ki, Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda 5.5 bal gücündə zəlzələ olub. Bu zəlzələ yerli vaxtla saat 15.44-də yerin 77,2 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ Livan, İordaniya, Suriya və Kiprdə də hiss olunub.

Xatırladaq ki, bir müddət əvvəl də Türkiyənin İzmir şəhərinin yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib ki, ən azı 12 nəfər həlak olub və 419 nəfər yaralanıb, onlarla yaşayış binasına isə ciddi ziyan dəyib.