Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i370551-türkiyənin_azərbaycanda_yeni_səfiri_təyin_olunub
Türkiyə Azərbaycan Respublikasına yeni səfir təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2020 16:04 Asia/Baku
  • Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub

Türkiyə Azərbaycan Respublikasına yeni səfir təyin edib.

SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir Türkiyənin Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib.

A. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.