Dek 11, 2020 14:25 Asia/Baku
  • Aİ başçıları Türkiyəyə qarşı yeni sanksiyaların tətbiqi ilə razılaşıblar

Avropa Birliyinə üzv olan ölkələrin başçıları bu günün ilk saatlarında keçirdikləri iclasda Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə razılaşıblar.

SəhərAzəri xəbər verir, Avropalı diplomatik mənbələr deyirlər ki, Avropa Birliyinin Ankaraya qarşı sanksiyalarının artırılması Türkiyənin Şərqi Aralıq dənizində apardığı qazıntı əməliyyatı ilə bağlıdır.

Avropa Birliyinin «breksit», «koronavirus böhranı» və «Türkiyə ilə münasibətlər» ilə bağlı ikigünlük iclası dekabrın onu səhərçağı Brüsseldə başlanıb.

Şərqi Aralıq dənizində yerləşən qaz yataqları üstündə Ankara ilə Afina arasındakı çəkişmələrin şiddətlənməsinin ardınca oktyabrın əvvəllərində özünün «Oruç Rəis» kəşfiyyat gəmisini bölgədən geri qaytarmış Türkiyə bildiribdir ki, bir daha öz fəaliyyətinə başlayacaq. Deyilənlərə görə, bu addım yeni çəkişmələr yarada və Avropa Birliyinin Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməsinə səbəb ola bilər.

Avropa Birliyinə üzv ölkələrin nazirləri oktyabr ayında Türkiyəyə bildirdilər ki, ya münaqişəli Şərqi Aralıq dənizinin sularındakı kəşfiyyat-qazıntı əməliyyatlarını dayandırsın, ya da ki, onun nəticələrini gözləsin.

Avropa Birliyi həmçinin Ankaranın Liviya və Suriya savaşlarındakı rolu və Rusiya ilə əlaqələrindən narazıdır.

Teqlər