Dek 15, 2020 10:29 Asia/Baku
  • Türkiyədə bu ilin sonu, gələn ilin əvvəli 80 saatlıq küçəyə çıxmaq məhdudiyyəti olacaq

Türkiyədə 2020-ci ilin son günündən yeni ilin ilk 4 gününə qədər fasiləsiz küçəyə çıxma məhdudiyyəti qoyulacaq.

SəhərAzəri xəbər verir, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrin 14-də nazirlərlə birgə keçirdiyi növbəti iclasından sonrakı çıxışında bildirib.

Türkiyə prezident deyib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar bu il 31 dekabrda yerli vaxtla saat 21:00-dan başlayaraq 4 yanvar 2021-ci il səhər saat 05:00-dək 80 saatlıq “evdə qalmaq” rejiminə uyğun küçəyə çıxmaq məhdudiyyətlə olacaq.

R.T.Ərdoğan pandemiya dövründə Türkiyə prezidenti olaraq COVID-19-la mübarizədə səlahiyyət verilən səhiyyə işçilərinin fəaliyyətini ciddi nəzarətdə saxladığını, bu infeksiyaya yoluxaraq zərərçəkən səhiyyə işçiləri üçün xüsusi statusların tətbiq olunacağını da qeyd edib.

Teqlər