Amerika Türkiyənin dörd rəsmisi və bir hərbi orqanını sanksiya edib
Amerika maliyyə nazirliyi Rusiyadan S-400 raket-müdafiə sistemi satın almasına görə, Türkiyənin dörd rəsmisi və bir hərbi orqanına sanksiya tətbiq etdiyini bildirib.
SəhərAzəri xəbər verir, Amerika maliyyə nazirliyi qeyd edibdir ki, Türkiyənin müdafiə sənayesi və dörd rəsmisini sanksiya edibdir.
Türkiyə müdafiə sənayesinin başçısı İsmayıl Demir sanksiya edilən şəxslər arasındadır.
Ankaranın Rusiyadan S-400 raket-müdafiə sistemi satın almasına görə, son aylar Amerika ilə Türkiyə arasındakı çəkişmələr kəskinləşibdir.
Rusiyanın Türkiyəyə S-400 raket-müdafiə sistemlərini təhvil verməsi 2019-cu ilin iyulunda başlanıb və məlumatlara əsasən, bu raket-müdafiə sistemlərinin yerləşdirilməsi prosesi həyata keçirilməkdədir.
Amerika dəfələrlə Türkiyəyə xəbərdarlıq etmişdi ki, Rusiyadan S-400 raket-müdafiə sistemini təhvil alarsa, Vaşinqtonun sanksiyaları ilə üzləşəcəkdir.
Amerikanın müxalifətləri və təhdidlərinə rəğmən, Ankara vurğulayıbdır ki, Rusiya ilə hərbi əməkdaşlığını davam etdirəcək.