Dek 17, 2020 12:11 Asia/Baku
  • Fələstinin müqavimət qrupları Türkiyəni dəstəkləyib

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS və İslami Cihad Hərəkatı S-400 sistemləri ilə bağlı ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları qınayıblar.

SəhərAzəri xəbər verir, bu barədə məlumat bu qrupların verdiyi açıqlamalarda yer alıb.

Fələstinin İslami Cihad Hərəkatının sözçüsü Davud Şihab qeyd edib ki, ABŞ-ın sanksiyaları onun siyasətinə qarşı çıxan dövlətlərə, hökumətlərə, cəmiyyətlərə, xalqlara qarşı zorbalığın əlamətidir.

Eyni zamanda, Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü İzzət Ər-Rəşaq Türkiyəyə dəstək olub.  

İzzət Ər-Rəşaq açıqlamasında bildirib ki, HƏMAS hərəkatı ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pisləyir.  

"Türkiyəyə tam olaraq dəstək veririk. Qardaş ölkə Türkiyə ilə tam həmrəy olduğumuzu bəyan edirəm", - deyə İzzət Ər-Rəşaq diqqətə çatdırıb.  

HƏMAS rəsmisi ABŞ-ın Türkiyənin uğurlarını həzm edə bilmədiyini də sözlərinə əlavə edib. 

Teqlər