Dek 22, 2020 12:49 Asia/Baku
  • Ankara rəsmisi Vaşinqtona xitabən: Türkiyə ilə mübarizə aparmayın

Türkiyənin vitse-prezidenti Amerikanın onun ölkəsinə qarşı daha artıq sanksiyalar tətbiq etməyə dair qərarına reaksiyada Vaşinqtonu Türkiyə ilə mübarizədən çəkinməyə çağırıb.

SəhərAzəri xəbər verir, bu gün İstanbulda milli kiber təhlükəsizliyi konfransında çıxış edən Fuad Oktay deyib: Ankara keçmişdə Amerika tərəfindən müdafiə sənayesi sahəsində Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyaları hələ unutmayıbdır.

Oktay söyləyib: Amerikalı rəsmilərin təfəkkür tərzi bu dəfə ayrı bir formada Türkiyə hökuməti qarşısında özünü göstərir, amma biz onu fürsətə çevirəcəyik.

Ədalət və İnkişaf Partiyasını təmsil edən bu türkiyəli rəsmi Türkiyənin kiber təhlükəsizliyi barədə sonra belə deyib: Türkiyənin dataları Türkiyədə qalaraq, yerli və milli təhlükəsizlik divarları ilə qorunacaqdır.

Oktay həmçinin deyib: Müxalif səylər, sanksiyalar və ya bu kimi rəftarlar yalnız sürətimizi artırmaqda bizə stimul verəcək və bizə heç bir pis təsir göstərməyəcəkdir.

Türkiiyə-ABŞ münasibətləri Ankara başçılarının Rusiyadan S-400 raket-müdafiə sistemi satın almaq qərarından sonra gərginləşmə səmtinə yönəlibdir.

Teqlər