Dek 23, 2020 16:23 Asia/Baku
  • Türkiyəli jurnalistə 27 il həbs cəzası verilib

Türkiyə tərəfindən Suriya terrorçularına silahın göndərilməsini ifşa edən «Cümhuriyyət" qəzetinin sabiq baş redaktoru 27 il müddətinə azadlıqdan məhrum edilib.

SəhərAzəri xəbər verir, Türkiyədəki bir məhkəmə çərşənbə günü bu ölkədə çıxan «Cümhuriyyət" qəzetinin sabiq baş redaktoru, jurnalist Can Dündarı qiyabi şəkildə 27 il altı ay müddətinə azadlıqdan məhrum edib.

Dündar 2016-cı ildə türkiyəli prokurorlar tərəfindən casusluqda ittiham edildikdən sonra Almaniyaya qaçdı və hazırda bu ölkədə yaşayır.

Onun həyat yoldaşı da pasportunun Türkiyə tərəfindən zəbt olunmasına baxmayaraq, 2019-cu ildə Türkiyədən çıxa və Almaniyaya gedə bildi.

Dündar 2015-ci ildə Türkiyə Kəşfiyyat İdarəsi- MİT-in Ankara tərəfindən Suriyada Türkiyənin tabeliyində olan terrorçulara silahın göndərilməsinə dair sənədlərini yayaraq, ifşaçılıq etmişdi.

Dündarın Almaniyada olması Berlin ilə Ankara arasında siyasi gərginliyin yaranmasına da səbəb olmuşdu.a

Teqlər