Türkiyə XİN başçısı:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”
Dek 30, 2020 12:27 Asia/Baku
“Ermənistan atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”.
SəhərAzəri xəbər verir, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.
O bildirib ki, bu normallaşmadan daha çox Ermənistan və onun xalqı yararlanacaq.
Türk hərbçilərinin Azərbaycanda olduğunu xatırladan Türkiyənin xarici işlər naziri Soçiyə səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini müzakirə etdiklərini vurğulayıb.