Türkiyə və Rusiya xarici işlər nazirləri görüşüblər
Türkiyə və Rusiya xarici işlər nazirləri bir iclasda iki ölkənin hərbi əməkdaşlığının davamına təkid ediblər.
SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu Türkiyə-Rusiya birgə Strateji Planlaşdırma Komitəsinin səkkizinci iclasının kənarında deyib: Biz Amerikanın sanksiyalarından heç vaxt geri çəkilməyəcəyik.
Türkiyənin xarici işlər naziri qeyd edibdir ki, ABŞ-ın sanksiyaları qanunsuz olaraq, bu ölkənin suverenliyinə qarşı bir hücumdur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu görüşdə vurğulayıb: Qərb ölkələrinin sanksiyalar tətbiq etmələri heç vaxt Ankara-Moskva münasibətlərini təsir altına almayacaq.
O, vurğulayıb ki, son dərəcə dəyərli olan bu əlaqələr bir kəsin xudbincəsinə və zorakı mövqelərinə tabe deyildir.
Amerika son zamanlar KAATSA(CAATSA) qanununa istinadla Rusiyadan S-400 raket sistemi satın almasına görə, Türkiyəyə embarqo tətbiq edibdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın ölkəsinə qarşı sanksiyalar tətbiq etmək qərarını pisləyibdir.