Türkiyədə növbəti 56 saatlıq “Evdə qal” rejimi tətbiq olunub
Yan 09, 2021 09:56 Asia/Baku
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyədə növbəti dəfə 56 saatlıq “Evdə qal” rejiminin tətbiqinə başlanılıb.
SəhərAzəri xəbər verir, yanvarın 8-də Türkiyə vaxtı ilə saat 21.00-dan (Bakı vaxtı ilə 22.00) qüvvəyə minən sərt məhdudiyyət rejimi yanvarın 11-də saat 5.00-dək davam edəcək.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 8-də ölkə üzrə 184 min 193 nəfər testdən keçirilib. Onlardan 11 min 479 nəfərdə virus əlaməti aşkarlanıb, 1291 yoluxmuş şəxs xəstəxanalara yerləşdirilib. Məlum infeksiya səbəbindən son sutka ərzində 186 nəfər ölüb, 9 min 894 şəxs sağalıb.
Qeyd edək ki, Türkiyədə “Evdə qal” rejimi həftənin ilk beş günüdür.