Yan 15, 2021 19:41 Asia/Baku
  • Türkiyə AB-nin fəaliyyətindən narazıdır

Türkiyə prezidenti Avropa Birliyinin bu ölkə qarşısında məsuliyyətsiz olduğunu iddia edib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan Ankaranın Avropa Birliyi ilə əlaqələri yaxşılaşdırmaq üzrə səylərinə toxunaraq, deyib: "1963-cü ildən bəri daima çalışmışıq ki, Avropa Birliyi ilə əlaqələrimizi müsbət istiqamətə yönəldək, amma təəssüflə, bu birlik indiyədək öz vədlərinə əsla əməl etməyibdir".

Türkiyə prezidenti Amerikanın Rusiyadan S-400 müdafiə sistemlərinin təmin edilməsindən narazı olmasını dəyərləndirərək, deyib: Heç bir ölkə Türkiyənin müdafiə sənayesi sahəsindəki addımlarını təyin edə bilməz və bir NATO üzvü olduğumuza görə, bu təşkilatdakı müttəfiq ölkələrdən istiqamət almağı qəbul edə bilmərik.

Avropa Birliyi Ankaranın Liviya və Suriya savaşlarındakı rolu, Rusiya ilə əlaqəsi və Aralıq dənizində təbii qaz ehtiyatlarını istismar etməsini kəskin tənqid edir və Türkiyəni sanksiya etmək ardıncadır.

Teqlər